Siz də uşağınızı “baxmayaraq” sevənlərdənsinizmi?..


Uşaqlar sevgidəki səmiməyyəti çox tez dərk edirlər. Çünki səmimi sevgi “baxmayaraq” bir sevgidir. Halbuki bəzi valideynlərin sevgisi “çünki” sevgisidir. Yəni, belə valideynlər sevgilərini hər hansı bir səbəbə bağlayırlar və üstəlik, bunu uşaqlarına hiss etdirirlər. Və təbii olaraq uşaqlar o səbəb olmasa, sevilməyəcəyini düşünürlər. Məsələn, “Səni sevirəm, çünki yaxşı oxuyursan”, “Səni sevirəm, çünki dəcəllik etmirsən” və s.
Bəzi valideyinlərdə isə “isə” sevgisi var. Yəni, belə valideynlər sevgilərini hər hansı şərtə bağlayırlar. Və uşaq təbii olaraq, “Əgər mənim qarşıma qoyduqları şərti yerinə yetirməsəm, məni sevməyəcəklər?” deyə düşünür. Məsələn, “Yeməyi yesən, səni sevərəm”, “Dərsini oxusan, səni sevərəm” və s. Halbuki, sevgini hər hansı səbəbə və ya şərtə bağladıqda gücünü itirir və tədricən uşaq belə sevgiyə etibar etmir. Beləliklə, siz təkcə sizin uşağınıza qarşı sevginizin yox, uşağınızın da sizə qarşı sevginizin qarşısını almış olursunuz.
Buna görə də, uşaq üçün lazım olan əsas sevgi “baxmayaraq” sevgisidir. “Baxmayaraq” sevildiyini hiss edən uşaq təkcə valideynlərinə inanmaqla qalmır, həm də onlardan gələn hər hansı tələbi qeyd-şərtsiz yerinə yetirir. Ona görə də, valideynlər uşaqlarını “baxmayaraq” sevməli və bu sevgilərini uşaqlarına hiss etdirməlidirlər. Ancaq onda uşaqlarınızla qarşılıqlı sevgi münasibəti qura bilərsiniz.

Aygün Vəliyeva

DİGƏR XƏBƏRLƏR

Top