![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2025/1/20/1/2d8f45c0-dc49-4278-8aaf-2c55beefa50a/ferid-seferli1.jpg)
Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşı, 2023-cü ildə İranda saxlanılan Səfərli Fərid Qabil oğlu beynəlxalq hüquqi əməkdaşlıq və qarşılıqlı prosedur çərçivəsində 18.01.2025-ci il tarixində İrandan təhvil alınaraq ölkəmizə qaytarılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti və Xarici İşlər Nazirliyi birgə mətbuat məlumatı yayıb.
“Fərid Səfərli tibbi müayinədən keçdikdən sonra ailəsinə qovuşub.
Azərbaycan Respublikasının vətəndaşlarının ölkə hüdudlarından kənarda hüquq və mənafelərinin qorunması istiqamətində zəruri tədbirlərin görülməsi bundan sonra da davam etdiriləcək”, - məlumatda qeyd edilib.