Bütün dünya milyarderlərinin ümumi sərvəti 2024-cü ildə 2 trilyon dollar artıb ki, bu da 2023-cü illə müqayisədə üç dəfə çoxdur.
Yeniavaz.com “The Guardian” qəzetinə istinadla xəbər verir ki, bu barədə “Oxfam” beynəlxalq xeyriyyə təşkilatının hesabatında bildirilib.
Təşkilatın statistikasına görə, 2024-cü ildə qlobal miqyasda milyarderlərin sayı 204 nəfər artıb. Bununla da, onların sayı bir ildə 2565 nəfərdən 2769 nəfərə çatıb.
Onların ümumi sərvəti isə 13 trilyon dollardan 15 trilyon dollara yüksəlib.
“Oxfam”ın hesabatına görə, dünyanın ən varlı on adamı sərvətini gündə orta hesabla 100 milyon dollar artırıb.
Eyni zamanda, 1990-cı ildən bəri yoxsulluq həddində yaşayan insanların sayı faktiki olaraq dəyişməz qalıb. Onların sayı 3,6 milyarda yaxınlaşıb ki, bu da dünya əhalisinin 44%-nə bərabərdir.