Bitkoin tarixi maksimumunu yenilədi


Bitkoinin qiyməti 109,5 min dolları keçərək, bütün dövrlərin ən yüksək həddinə çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Binance” platforması məlumat yayıb.
Bakı vaxtı ilə saat 10:56-ya olan məlumata görə, kriptovalyutanın qiyməti 3,63% artaraq, 109,588 min dollara çatıb,
Bakı vaxtı ilə saat 11:13-də bitkoinin artımı yavaşlayaraq, 108,973 min dollar (+3,45%) təşkil edib.
Qeyd edək ki, bitkoinin qiyməti sonuncu dəfə 2024-cü il dekabrın 17-də 108,353 min dollara qədər yüksələrək bütün dövrlərin ən yüksək həddinə çatmışdı.
Xatırladaq ki, bitkoin blokçeyn texnologiyasına əsaslanan eyni adlı kriptovalyutanın mərkəzləşdirilməmiş sistemidir və sistemin iştirakçısı olan istənilən istifadəçi tərəfindən əldə edilə bilər. Bunun üçün yeni sistem blokları yaratmaq lazımdır.
Konsepsiya 2008-ci ilin noyabrında Satoşi Nakamoto təxəllüslü müəllif (ehtimal ki, müəlliflər qrupu) tərəfindən yaradılıb. Bitkoinin populyarlığı son illərdə zirvəyə çatıb. Bitkoin tədarükü təbii olaraq məhduddur, əksər bitkoinlər artıq əldə edilib.

DİGƏR XƏBƏRLƏR

Top