“Cermuk” içdikdən sonra ölən rusiyalı sahibkarın ailəsi ermənilərdən təzminat ala bilmir



Ötən fevral ayında Ermənistanda istehsal olunan “Cermuk” suyundan bir qurtum içdikdən sonra özünü pis hiss edən Vladiqafqazlı iş adamı Oleq Qusovun dul arvadı və qızları bu mineral suyu istehsal edən Ermənistanın “Jermuk Group” QSC şirkətini məhkəməyə verib.
Yeniavaz.com
Rusiya mətbuatına istinadən xəbər verir ki, həkimlər Qusova aşındırıcı maye - sirkə turşusu ilə zəhərlənmə diaqnozu qoyublar, lakin onu xilas edə bilməyiblər.
Bildirilir ki, “Cermuk” mineral suyunu istehsal edən Ermənistanın “Jermuk Group” ASC şirkətinə, onun Rusiyadakı nümayəndələrinə və distribyutoruna qarşı 1,5 milyard rubl təzminat iddiası irəli sürülüb.
Qeyd olunur ki, Vladiqafqazdan olan sahibkar Oleq Qusov 2024-cü il fevralın 11-də səhər saatlarında Vladiqafqazdakı “Farn” bazarından 12 butulka mineral su alıb. Qusov evdə butulkalardan birini açıb bir qurtum içdikdən sonra özünü pis hiss edib. Qusov əvvəlcə Respublika Klinik Xəstəxanasına yerləşdirilib, ertəsi gün isə o, Moskvadakı Sklifosovski adına Təcili Tibbi Yardım İnstitutuna aparılıb və orada korroziv maye (sirkə turşusu) ilə zəhərlənmə və ekzotoksik şok diaqnozu qoyulub.
Həkimlərin səylərinə baxmayaraq, Qusov fevralın 13-də dünyasını dəyişib.
Qusovun ölümünün səbəbləri ilə bağlı istintaq tamamlanmayıb, istintaq Ermənistana bir sıra sorğular göndərib, lakin hələ də cavab almayıb. Bu arada zərərçəkmişlərin nümayəndələri mineral su qablaşdırma zavodlarında istifadə olunan texnologiyaları öyrənərək belə qənaətə gəliblər ki, texnoloji prosesin pozulması nəticəsində sirkə turşusu şüşəyə düşə bilər.

DİGƏR XƏBƏRLƏR

Top