Robert Fitso Kiyevə maliyyə yardımına veto qoymaq niyyətindədir – KİV


Slovakiyanın baş naziri Robert Fitso Vladimir Zelenskinin Ukrayna ərazisindən Rusiya qazının tranzitinin bərpasını müzakirə etməkdən imtina etməsi səbəbindən Avropa İttifaqından Kiyevə gələcək maliyyə yardımına veto qoymaq niyyətindədir.
Yeniavaz.com
 xəbər verir ki, bu barədə Slovakiyanın “Pravda” portalı məlumat yayıb.
Bildirilir ki, yanvarın 1-də Kiyev müqaviləni yeniləməkdən imtina etdiyinə görə Rusiya qazının Ukrayna vasitəsilə Avropaya tranziti tamamilə dayandırılıb. Fitso daha sonra Ukrayna nümayəndə heyətinin iştirak etməməsi səbəbindən yanvarın 7-nə planlaşdırılan Aİ qaz məsləhətləşmələrinin dayandırıldığını açıqlayıb.
Bundan əvvəl Fitso Zelenskiyə Ukrayna ilə dövlət sərhədinə yaxın Slovakiya ərazisində danışıqlar aparmağı təklif edib. Zelenski Slovakiyanın baş nazirinin dəvətinə cavab olaraq onu yanvarın 17-də Kiyevə gəlməyə dəvət edib. Görüş baş tutmayıb.

DİGƏR XƏBƏRLƏR

Top