Ermənistan mütəşəkkil cinayətdə ittiham olunan 2 şəxsi Türkiyəyə təhvil verib


Ermənistan mütəşəkkil cinayətdə ittiham olunan iki şəxsi Türkiyəyə ekstradisiya edib.
Yeniavaz.com
 xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Ermənistan İnterpolun “qırmızı bildiriş” çərçivəsindəki sorğuya cavab olaraq ölkəmizdə mütəşəkkil cinayət fəaliyyətləri ilə məşğul olan iki şəxsi 19 yanvar 2025-ci il tarixində təhvil vermişdir. Türkiyə Ermənistanın bu məsələdə göstərdiyi əməkdaşlığı təqdir edir”, – məlumatda vurğulanıb.

DİGƏR XƏBƏRLƏR

Top