Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünya klublarının yeni reytinq cədvəlini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, 690 klubun olduğu siyahıda Azərbaycan təmsilçisi “Qarabağ” 168,75 xalla 81-ci pillədə qərarlaşıb. Əvvəlki siyahıda “Qarabağ” 67-ci pillədə yer alıb.
Qeyd edək ki, “Qarabağ”dan başqa Azərbaycanın daha 6 klubu reytinq cədvəlində yer alıb. “Zirə” 99,5 xalla 208-ci, “Sabah” 62,25 xalla 400-cü, “Turan” 53,75 xalla 494-cü, “Neftçi” 50 xalla 537-ci, “FK Sumqayıt” 48 xalla 567-ci, “Araz Naxçıvan” isə 43,75 xalla 648-ci sırada qərarlaşıb.
Onu da bildirək ki, “Qarabağ” keçmiş SSRİ ölkələrini təmsil edən klublar arasında ilk sırda yer alıb. “Qarabağ” eyni zamanda Türkiyənin “Beşiktaş” klubundan 7 pillə irəlidədir. Bunlardan başqa “Qarabağ” reytinq cədvəlində Fransanın “Monako” (83-cü yer), İtaliyanın “Napoli” (89-cu yer), İspaniyanın “Villarreal” (92-ci yer), Ukraynanın “Dinamo Kiyev” (146-cı yer) klublarından öndə olub.
Məlumat üçün bildirək ki, sıralamada ilk 5 yeri bu komandalar tutur:
1. “Real Madrid” (İspaniya) – 414 xal
2. “Bayer 04 Keverkuzen” (Almaniya) – 384 xal
3. “Atalanta” (İtaliya) – 380 xal
4. “Liverpul” (İngiltərə”) – 345 xal
5. “Botafogo” (Braziliya) – 339 xal
Bundan əlavə siyahıda Türkiyənin “Qalatasaray” klubu 37-ci, “Fənərbağça” klubu isə 39-cu sırada yer alıb.