Azərbaycanda işçilər ən çox və ən az hansı sahələrdə işləyirlər? – Siyahı


Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 148 saat təşkil edib.
Yeniavaz.com
 açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, əvvəlki ilin analoji dövrü ilə müqayisədə işçilərin iş saatının miqdarı azalıb. Belə ki, 2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda işçilərin orta aylıq işlənmiş iş saatlarının miqdarı builki göstəricidən 0,5 saat çox – 148,5 saat olub.
Azərbaycanda ən çox işləyənlər dövlət idarəetməsi və müdafiə, həmçinin sosial təminat sahələrində çalışanlardır. Qeyd etdiyimiz sahələrin işçiləri ay ərzində orta hesabla 155,6 saat işləyirlər ki, bu da əvvəlki illə müqayisədə 0,1 saat az olub.
Ən az işləyənlər isə təhsil sahəsində çalışanlardır. Təhsil sahəsində çalışanlar ay ərzində 139,3 saat işləyiblər və bu da əvvəlki ilin analoji dövrü ilə müqayisədə 1,4 saat az olub.


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top