Ronaldo avrokuboklarda ən çox oyun keçirən futbolçudur – Siyahı


Avrokuboklarda 150-dən çox oyun keçirən futbolçuların siyahısı açıqlanıb.
Yeniavaz.com 
xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) hazırladığı siyahıda 26 futbolçu yer alıb.
2002-2022-ci illər ərzində avrokubok oyunlarında 197 oyun keçirən Kriştiano Ronaldo siyahıda birinci sırada qərarlaşıb.
Siyahıda növbəti yerlərdə 192 oyun ilə Pepe Reyna, 186 oyun ilə İker Kasilyas, 173 oyun ilə Xavi yer alıb.
Paolo Maldini 168 oyun ilə 5-ci, Canluici Buffon və Lionel Messi isə 167 oyun ilə 6-cı və 7-ci yerləri paylaşırlar.

DİGƏR XƏBƏRLƏR

Top