Avropada ən ucuz və ən bahalı benzin hansı ölkədə satılır? – Tam siyahı


Avropa ölkələri arasında “Aİ-95” (“Premium”) markalı benzinin ən ucuz satıldığı ölkə Rusiya olub.
Yeniavaz.com 
məşhur “Autotraveler” portalının yanvar ayı üçün açıqladığı məlumata istinadən xəbər verir ki, şimal qonşumuzda “Aİ-95” markalı benzinin 1 litrinin orta qiyməti 0,56 avro (98 qəpik) təşkil edib.
Avropa ölkələri arasında “Aİ-95” markalı benzinin ən baha qiymətə satıldığı ölkə isə Niderland hesab olunur. Bu ölkədə “Aİ-95” markalı benzinin 1 litri 2,17 avroya (3,8 manat) satılıb.
Avropa ölkələri arasında 3-cü sırada olan Azərbaycanda “Aİ-95” markalı benzinin 1 litrinin qiyməti 1,6 manata (0,91 avro) bərabərdir.
Avropada “Aİ-95” markalı benzinin Azərbaycandan ucuz olduğu 2 ölkə olub – Rusiya və Belarus. 
Yanvar ayında Avropa ölkələrində “Aİ-95” markalı benzinin orta qiyməti aşağıdaki kimi olub:
s/s Ölkələr Qiymət (avro)
1 Rusiya 0,56 
2 Belarus 0,68
3 Azərbaycan 0,91
4 Gürcüstan 1,07
5 Bosniya və Herseqovina 1,24 
6 Moldova 1,24 
7 Türkiyə 1,25 
8 Şimali Makedoniya 1,29 
9 Ukrayna 1,30 
10 Bolqarıstan 1,31 
11 Ermənistan 1,31 
12 Malta 1,34
13 Andorra 1,39 
14 Kipr 1,40 
15 Çexiya 1.41
16 Polşa 1,43 
17 Rumıniya 1,46 
18 Litva 1,46 
19 Xorvatiya 1,47 
20 Monteneqro 1,47 
21 Sloveniya 1,50 
22 İsveç 1,50 
23 Lüksemburq 1,53 
24 Macarıstan 1,54 
25 İspaniya 1,55 
26 Slovakiya 1,55 
27 Avstriya 1,55 
28 Serbiya 1,56
29 Latviya 1,61 
30 Estoniya 1,67 
31 Belçika 1,69 
32 Finlandiya 1,73 
33 İrlandiya 1,76
34 Albaniya 1,76
35 Fransa 1,79 
36 İtaliya 1,80 
37 Portuqaliya 1,80 
38 Yunanıstan 1,82 
39 Almaniya 1,83 
40 İsveçrə 1,85 
41 Norveç 1,86 
42 Danimarka 1,92 
43 İslandiya 2,03 
44 Böyük Britaniya 2,08 
45 Niderland 2,17 

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top