Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Sülh küçəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb edilib.
“Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın daha da genişlənməsinə, o cümlədən qonşu evlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb”, - məlumatda deyilir.