Qəzzada atəşkəs qüvvəyə mindi


Qəzza zolağında atəşkəs Bakı vaxtı ilə saat 13:15-də qüvvəyə minib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.
“Girovların azad edilməsi ilə bağlı razılaşmaya əsasən, Qəzza zolağında birinci mərhələdə atəşkəs saat 11:15-də (Bakı vaxtı ilə 13:15 – red.) qüvvəyə minir”, - məlumatda deyilir.
Xatırladaq ki, daha əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu Fələstinin HƏMAS hərəkatının Qəzza zolağında atəşkəs razılaşmasının birinci mərhələsində azad etməyi planlaşdırdığı girovların siyahısını hələ də İsrailə təhvil vermədiyini bəyan etmişdi. O, orduya sözügedən siyahı təhvil verilməyincə Qəzza zolağında atəşkəsi başlatmamağı əmr etmişdi.
Daha sonra isə HƏMAS hərəkatı azad edilməli olan girovların siyahısını vasitəçilərə təhvil verdiyini bəyan etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top