ABŞ-də “TikTok” bağlandı


Amerika hakimiyyətinin tətbiq etdiyi qadağaya görə “TikTok” ABŞ-də fəaliyyətini dayandırıb.
Yeniavaz.com
xəbər verir ki, tətbiqə daxil olmağa çalışan amerikalılara bu barədə bildiriş göndərilir.
““TikTok”u qadağan edən qanun ABŞ-də qüvvəyə minib. Təəssüf ki, bu o deməkdir ki, siz hələlik “TikTok”dan istifadə edə bilməyəcəksiniz”, - bildirişdə deyilir.
Mobil tətbiq, həmçinin “Apple”ın tətbiqlər mağazasından da götürülüb. “TikTok”u “Google Play” tətbiqlər mağazasından yükləmək mümkündür, lakin quraşdırıldıqdan sonra proqram işləmir.
Qeyd edək ki, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp “TikTok”un bu ölkədəki fəaliyyətini bərpa etmək üçün həll yolu tapacağına söz verib. Daha əvvəl Respublikaçı “NBC News”a verdiyi müsahibədə 20 yanvarda andiçmə mərasimindən dərhal sonra “TikTok” qadağasını 90 gün təxirə salmaq üçün fərman verməyə meylli olduğunu qeyd etmişdi.
Xatırladaq ki, 2024-cü ildə ABŞ-də qəbul edilən qanuna görə, Çinin “ByteDance” şirkəti ya sosial şəbəkəni satmalı, ya da yanvarın 19-dək ABŞ-dəki fəaliyyətini dayandırmalıdır.

DİGƏR XƏBƏRLƏR

Top