Cənubi Koreyada Yun Sok Yola dəstək aksiyasında 40 nəfər saxlanıldı


Cənubi Koreya prezidenti Yun Sok Yolun həbs müddətinin uzadılıb-uzadılmaması ilə bağlı dinləmənin keçirildiyi Qərb Dairə Məhkəməsi qarşısında keçirilən aksiyada azı 40 nəfər saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Yonhap” xəbər agentliyi məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla saat 17:24-də (Bakı vaxtı ilə 12:24 - red.) vətəndaş məhkəmənin ətrafındakı hasarın üstünə çıxıb və hadisə yerində saxlanılıb. Həmin şəxs prezidentin azadlığa buraxılmasını tələb edib. Bundan sonra daha 16 nəfər hasarın üstündən məhkəmə ərazisinə çıxıb. Onlar saxlanılıb. Onların prezidentin tərəfdarları olduğu güman edilir.
Ümumilikdə məhkəmənin ərazisinə girmə faktı ilə bağlı 22 nəfər barəsində iş açılıb. Daha 10 nəfər vəzifəli şəxslərin səlahiyyətlərinin icrasına mane olmaqda şübhəli bilinir. 7 vətəndaş polis əməkdaşlarına qarşı zor tətbiq edib, digəri isə müxbirə hücum edib.
Qeyd edək ki, məhkəmənin qarşısında prezidentin həbsdən azad edilməsi tələbi ilə tərəfdarlarının aksiyası keçirilir. Polis 44 minə qədər insanın iştirak etdiyini təxmin edib.

DİGƏR XƏBƏRLƏR

Top