İsrail 33 girov müqabilində 1890 fələstinli məhbusu azad edəcək


“İsrail razılaşmanın birinci mərhələsində HƏMAS hərəkatının saxladığı 33 girov müqabilində 1890-dan çox fələstinli məhbusu azad edəcək”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyi məlumat yayıb.
“42 gün davam edəcək birinci mərhələdə HƏMAS İsrailin 1890-dan çox məhbusu azad etməsi müqabilində 33 girovu azad edəcək. Biz vasitəçilərin Qəzza razılaşmasının danışılmış müddət ərzində üç mərhələdə həyata keçirilməsini təmin etmək öhdəliyini bir daha təsdiqləyirik”, - məlumatda deyilib.
Bundan əvvəl Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid bin Məhəmməd əl-Ənsari Fələstin HƏMAS hərəkatı ilə İsrail arasında Qəzza zolağında atəşkəsin yanvarın 19-da yerli vaxtla saat 08:30-da (Bakı vaxtı ilə 10:30) qüvvəyə minəcəyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top