Bayden Si Cinpinlə 27 min km-dən çox yol qət etdiyini deyib


ABŞ Prezidenti Co Bayden Çin Prezidenti Si Cinpinlə birlikdə ümumilikdə 27 min km-dən çox yol qət etdiklərini və Tibetə səfər etdiklərini bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o, Vaşinqtonda Merlərin Konfransında çıxışı zamanı bildirib.
“Amerikanın sehri ondadır ki, hamının bərabər imkanları var. Hər kəs ləyaqətlə davranmağa layiqdir. Heç bir zəmanət yoxdur, sadəcə bərabər şans. Mən həmişə inanmışam... Amerikanı bir sözlə təsvir etməli olsaydım... Mən Si Cinpin ilə Tibet yaylasında olmağımızı xatırlayıram. Onunla görüşlərimiz 90 saat davam etdi, 17.000 mil (təxminən 27,4 min km - red.) qət etdik və fərqlər çox diqqəti cəlb edir. Mənə baxıb dedi ki, Amerikanı mənə bir sözlə təsvir edə bilərsənmi, mən də bir sözlə - “fürsətlər” dedim”, - ABŞ prezidenti bildirib.
Eyni zamanda o, qeyd olunan hadisələrin hansı şəraitdə və hansı ildə baş verdiyini dəqiqləşdirməyib.
Qedy edək ki, 82 yaşlı Bayden çıxışlarında tez-tez müxtəlif dil sürüşmələri və şifahi səhvlər edir.

DİGƏR XƏBƏRLƏR

Top