Türkiyənin ilahiyyatçı alimi, professor Mehmet Azimli hazırda İraqın Samirə şəhərində Xürrəmilər hərəkatının lideri, Azərbaycan qəhrəmanı Babəkin son günləri ilə bağlı elmi araşdırmalar aparır.
Yeniavaz.com xəbər verir ki, bu barədə aznews.az-a professor məlumat verib.
“Samirə şəhərində Babəkin edamı ilə bağlı araşdırmalar aparıram. Babəkin edam olunduğu yeri, eyni zamanda başsız bədəninin asıldığı, sonradan “Kəniseyi-Babək” kimi məşhurlaşmış, hazırda isə unudulmuş ərazini müəyyənləşdirməyə çalışıram”, - allim deyib.
Azimli qeyd edib ki, əgər “Kəniseyi-Babək” adlanmış ərazi təsbit olunarsa, arxeoloji qazıntılarla Babəkin sümüklərini üzə çıxarmaq, DNT testlərindən keçirmək də mümkün ola bilər.