“Tramp inauqurasiyadan bir gün sonra miqrantları deportasiya etməyə başlayacaq” – WSJ


“ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın administrasiyası vəzifəyə başlamasının ertəsi, yani yanvarın 21-də, qeyri-qanuni mühacirlərin kütləvi surətdə deportasiyası ilə bağlı seçki kampaniyası zamanı verdiyi vədləri həyata keçirməyə başlayacaq”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Wall Street Journal” (WSJ) mənbələrə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, ilk “miqrantlara qarşı genişmiqyaslı reyd” İllinoys ştatının Çikaqo şəhərində çərşənbə axşamı səhər başlayacaq və həftənin sonuna qədər davam edəcək. Əməliyyatda təxminən 200 ABŞ İmmiqrasiya və Gömrük Mühafizə Xidmətinin əməkdaşı iştirak edəcək.
Qəzet yazır ki, reydin hədəfi ilk növbədə cinayət keçmişi olan qeyri-qanuni miqrantlar olacaq. Nəşr qeyd edir ki, Çikaqodan sonra miqrant reydləri Nyu-York, Los-Anceles (Kaliforniya), Denver (Kolorado) və Mayamidə (Florida) keçiriləcək.
Xatırladaq ki, Tramp bundan əvvəl də dəfələrlə bəyan edib ki, inauqurasiyadan sonra qeyri-qanuni mühacirlərə qarşı Amerika tarixində ən böyük deportasiya əməliyyatını həyata keçirmək niyyətindədir. Bildirilib ki, ilk mərhələlərdə 1 milyon insanın ölkədən çıxarılması nəzərdə tutulub.

DİGƏR XƏBƏRLƏR

Top