Kataloniya “Barselona”sı dünyada rəsmi “YouTube” kanalında 20 milyon abunəçiyə çatan ilk klub olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, “Barselona”nın “YouTube” kanalı 2006-cı ildən fəaliyyət göstərir. Hazırda klubun “YouTube”da 20,1 milyon abunəçisi var. Bu platformada “Real Madrid”in abunəçilərinin sayı 16,3, “Atletiko Madrid”in abunəçilərinin sayı isə 3,91 milyondur.
Qeyd edək ki, keçirilən 19 matçdan sonra “Barselona” 38 xalla “La Liqa” turnir cədvəlində üçüncüdür.