“Mançester Yunayted”in əfsanəsi vəfat etdi


İngiltərənin “Mançester Yunayted” futbol klubunun tərkibində Avropa Çempionlar Kubokunun (indiki Çempionlar Liqası) qalibi şotlandiyalı Denis Lov 85 yaşında vəfat edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Mançester Yunayted”in mətbuat xidməti məlumat yayıb.
1964-cü ildə Lou Fransanın “France Football” jurnalına görə ən yaxşı futbolçu mükafatı olan “Qızıl top”u qazanıb. O zaman mükafat yalnız Avropa klublarında oynayan avropalı futbolçulara verilirdi.
1962-1973-cü illərdə Lou “Mançester Yunayted”də çıxış edib. Avrokuboklardan əlavə Lou komandanın tərkibində iki dəfə İngiltərə çempionu (1965, 1967), kubokun qalibi (1963) və iki dəfə ölkə Superkubokunun qalibi (1965, 1967) olub.
Lou “Mançester Yunayted” üçün bir mövsümdə ən çox qol vuran rekorda sahibdir. Belə ki, şotlandiyalı 1963/64 mövsümündə bütün yarışlarda 46 qol vurub.
Lou futbolçu karyerası ərzində İngiltərənin “Haddersfild” və “Mançester Siti”, eləcə də İtaliyanın “Torino” klublarında da çıxış edib. O, Şotlandiya millisində 55 oyun keçirib, 30 qol vurub.
Lou İngiltərə (2002) və Şotlandiya (2004) Futbol Şöhrət Zalına daxil edilib və son 50 ildə Şotlandiyanın ən yaxşı futbolçusu üçün Avropa Futbol Assosiasiyaları İttifaqının Yubiley Mükafatına layiq görülüb (2003).

DİGƏR XƏBƏRLƏR

Top