AQTA bu şirkətdən yenə ofis icarəyə götürdü – Hər ay 116 min ödəyəcək


Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və bu qurumun tərkibində fəaliyyət göstərən Qida Təhlükəsizliyi İnstitutu “Faktor Qrup-S-1” QSC (VÖEN – 1604133621) ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, tender müsabiqəsi keçirilmədən bir mənbədən satınala metodu ilə imzalnan müqaviləyə görə, “Faktor Qrup-S-1” QSC AQTA və İnstituta qeyri-yaşayış sahələri icarəyə verəcək.
AQTA icarəyə götürəcəyi qeyri-yaşayış sahəsi üçün bir il müddətinə 1 milyon 238 min 40 manat, İnstitut isə 155 min 52 manat ödəyəcək.
Qeyd edək ki, AQTA ötən il də bu şirkətdən qeyri-yaşayış sahəsi icarəyə götürüb və qaşılığında 1 milyon 460 min 887 manat 20 qəpik ödəyib.
Məlumat üçün bildirək ki, icarəyə götürülən qeyri-yaşayış sahəsi AQTA-nın fəaliyyət göstərdiyi Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, ev 185 B ünvanında yerləşir.
Onu da bildirək ki, “Faktor Qrup-S-1” QSC son 2 ildə Dövlət Vergi Xidməti ilə də çoxsaylı icarə müqaviəsi imzalayıb:
23 yanvar 2023-cü ildə – 1 435 140 manat;
7 yanvar 2024-cü ildə – 1 370 016 manat;
1 avqust 2024-cü ildə – 20 650 manat;
28 dekabr 2024-cü ildə – 1 447 200 manat.
Bunlardan başqa “Faktor Qrup-S-1” QSC qeyri-yaşayış sahəsinin icarəsi ilə Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi ilə 1 792 800,02 manatlıq müqavilə imzalayıb.
Məlumat üçün bildirək ki, “Faktor Qrup-S-1” QSC “Faktor Qrup-S” QSC-nin yenidən təşkili nəticəsində yaradılıb. Hər iki şirkətin hüquqi ünvanı Heydər Əliyev pr. ev 189-da yerləşir. “Faktor Qrup-S-1” QSC 2020-ci ildə, “Faktor Qrup-S” QSC isə 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Bu ilin iyul ayında daha bir şirkət – “Company FSL” MMC (VÖEN – 1405481101) fəaliyyətinə xitam verərək “Faktor-Qrup-S-1” QSC-yə birləşib.

Murad Məmmədov
 

DİGƏR XƏBƏRLƏR

Top