ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimi Kapitoli binasının qarşısında deyil, rotondada keçiriləcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Tramp sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilib ki, bu qərar yanvarın 20-nə gözlənilən soyuq hava proqnozu ilə əlaqədar verilib:
“İnsanların heç bir şəkildə zədələnməsini və ya xəsarət almasını istəmirəm. Bunlar on minlərlə asayiş keşikçisi, ilk müdaxilə edənlər, polis itləri və hətta atlar, eləcə də yüz minlərlə tərəfdar üçün təhlükəli şərtlərdir”.
O əlavə edib ki, 1985-ci ildə Ronald Reyqanın andiçmə mərasimi də havaların çox soyuq olması səbəbindən rotondada keçirilib.
Qeyd edək ki, adətən andiçmə mərasimi zamanı prezident və vitse-prezident Kapitolinin binası qarşısında and içir, ardınca isə orada inaqurasiya nitqi söyləyirlər.