İran Prezidenti Məsud Pezeşkian və Rusiya Prezidenti Vladimir Putin hərtərəfli strateji tərəfdaşlıq sazişi imzalayıblar.
Yeniavaz.com xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, ölkələr arasında saziş müdafiə, terrorizmlə mübarizə, enerji, maliyyə, nəqliyyat, sənaye, kənd təsərrüfatı, mədəniyyət, elm və texnologiya daxil olmaqla bütün sahələri əhatə edir.
İranın Rusiyadakı səfiri Kazım Cəlali bildirib ki, sənəd 47 maddədən ibarətdir. Müqavilənin mətni rəsmi olaraq dərc edilməyib.
Əvvəllər iki ölkə arasında münasibətlər 2001-ci ildə imzalanmış münasibətlərin əsasları və əməkdaşlıq prinsipləri haqqında sazişlə rəsmiləşdirilib. Hər beş ildən bir saziş avtomatik olaraq yenilənib.