“Toplum TV” işi üzrə barəsində polis nəzarəti altında olma qətimkan tədbiri seçilmiş jurnalist Fərid İsmayılovla bağlı qərar verilib.
Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, onunla bağlı qətimkan tədbirinin dəyişdirilməsi barədə istintaq orqanı tərəfindən məhkəməyə təqdimat daxil olub.
Təqdimata Xətai rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə baxılıb.
Məhkəmənin qərarı ilə Fərid İsmayılov barəsində 2 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
***18:41
“Toplum TV” işi üzrə barəsində polis nəzarəti altında olma qətimkan tədbiri seçilmiş jurnalist Fərid İsmayılov saxlanılıb.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, onunla bağlı həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə istintaq orqanı tərəfindən məhkəməyə təqdimat daxil olub.
Bildirilib ki, Fərid İsmayılovla birgə otaq yoldaşı olan Nihad İbrahimxəlilov (Libertain) da saxlanılıb.
Hazırda Fərid İsmayılovla bağlı təqdimata Xətai rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə baxılır.
Qeyd edək ki, ötən ilin mart ayının 6-da “Toplum TV”nin ofisində axtarış aparılıb. Xətai Rayon Məhkəməsində “Toplum TV”nin həmtəsisçiləri Akif Qurbanov, Ələsgər Əhmədoğlu (Məmmədli), əməkdaşları və III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli barəsində həbs qətimkan tədbiri seçilib. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.