Azərbaycan regionun ən “çirkli” ölkələrindən hesab olunur – “Numbeo”


Dünyanın ən “çirkli” ölkəsi Kamerundur.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat məşhur “Numbeo” portalında yer alan “Çirklənmə indeksi – 2025” (“Pollution Index 2025”) adlı hesabatda yer alıb.
Bildirilir ki, çirklənmə indeksi hazırlanarkən hava və suyun çirklənməsi, zibilin utilizasiyası, təmizlik, səs-küy və işıq çirklənməsi, yaşıllıq sahələri və rahatlıq kimi amillər nəzərə alır. “Numbeo” portalı qiymətləndirmə zamanı ən yüksək xalı havanın çirklənmə indeksinə görə verir. Növbəti iki əsas faktor isə suyun çirklənməsi və əlçatanlıqdır. Digər çirklənmə növləri indeksdə daha kiçik xallar alıb.
Hesabatda qeyd olunur ki, 113 ölkənin yer aldığı siyahıya Finlandiya başçılıq edir və bu ölkədə çirklənmə səviyyəsi 100 ballıq şkalada cəmi 11,8-dir.
Sonuncu sırada olan Kamerunda isə çirklənmə səviyyəsi 93,7 olaraq qeyd olunub.
Hesabatda Azərbaycan da yer alıb. Azərbaycan çirklənmə səviyyəsinə görə 113 ölkə arasında 82-ci sırada qərarlaşıb. Ölkəmizin çirklənmə indeksi 72,7 olub.
Dünyada çirklənmə səviyyəsinin ən az və ən çox olduğu 10 ölkə, həmçinin region ölkələrinin çirklənmə səviyyəsi aşağıdakı kimi olub:
İlk onluq:

1. Finlandiya – 11,8
2. İslandiya – 16
3. Estoniya – 17
4. İsveç – 17,6
5. Norveç – 18,3
6. Danimarka – 20,6
7. Avstriya – 20,9
8. Niderland – 21,6
9. Sloveniya – 22,2
10. İsveçrə – 23,1


Region ölkələrinin siyahıdakı yerləri:
33. Belarus – 44,9
42. Özbəkistan – 54
53. Rusiya – 59
58. Moldova – 61,3
59. Ukrayna – 62,1
60. Ermənistan – 62,3
67. Türkiyə – 64,3
72. Gürcüstan – 67,8
82. Azərbaycan – 72,7
86. Qazaxıstan – 73,2
91. İran – 75,2


Ən “çirkli” 10 ölkə:
104. Nepal – 84
105. Vyetnam – 84,2
106. Əfqanıstan – 84,4
107. Banqladeş – 85,4
108. Qana – 86,9
109. Monqolustan – 87,8
110. Nigeriya – 87,9
111. Liviya – 89,4
112. Myanmar – 89,8
113. Kamerun – 93,7


Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top