Çinin əhalisi 2024-cü ildə də azaldı


Çinin əhalisi azalmaqda davam edib və 2024-cü ildə 1 milyon 390 min nəfər azalaraq, 1 milyard 408 min 28 nəfərə düşüb.
Yeniavaz.com
xəbərt verir ki, bu barədə Çin Xalq Respublikasının Dövlət Statistika İdarəsi məlumat yayıb.
Yayılan hesabata görə, 12 ay ərzində ölkədə 9 milyon 540 min nəfər doğulub, 10 milyon 930 min nəfər isə dünyasını dəyişib.
Doğum və ölüm nisbətləri müvafiq olaraq 6,77 və 7,76 ppm (milyonda bir) olub.
Rəsmi hesablamalardan belə məlum olur ki, Çində kişi əhalisi 719 milyon 90 min nəfər (azalma 0,1%), qadın əhalisi isə 689 milyon 190 min nəfər (demək olar ki, dəyişməz) qiymətləndirilir.
16 yaşdan 59 yaşa qədər olan vətəndaşlar 60,9% (857 milyon 980 min nəfər) təşkil edir ki, bu da 2023-cü illə müqayisədə 0,4 faiz bəndi azdır.
Yaşı 65-dən yuxarı olan vətəndaşların sayı 220 milyon 230 min nəfərə (artım 1,6%) çatıb.
2024-cü ildə Çinin şəhər əhalisi 1,1% artıb (943 milyon 500 min nəfər). Kənd yerlərində isə bu rəqəm 2,5% azalaraq, 464 milyon 780 min nəfər təşkil edib.
Qeyd edək ki, 2022-ci ildə Çinin əhalisi son 60 ildə ilk dəfə azalıb. Bu temp 2023-cü ildə də davam edib.

DİGƏR XƏBƏRLƏR

Top