Baş nazir Əli Əsədov və gürcü həmkarı İrakli Kobaxidze ilə birlikdə Gürcüstanın ölkəmizdəki səfirliyinin yeni binasının tikintisi üçün Bakı şəhərində ayrılmış torpaq sahəsinə baxış keçirib.
Yeniavaz.com xəbər verir ki, Nazirlər Kabinetinin məlumatına əsasən, torpaq sahəsi Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti ilə Bəşir Səfəroğlu küçəsinin kəsişməsində yerləşir.
Qeyd edək ki, sözügedən torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin göstərişinə uyğun olaraq Nazirlər Kabinetinin 2023-cü il tarixli Sərəncamı ilə ayrılıb.