Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan telefonla danışıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, tərəflər telefon danışığında Ermənistanın Avrasiya İqtisadi İttifaqında (Aİİ) sədrliyinin yekunlarını, Aİİ çərçivəsində qarşıda duran fəaliyyət planlarını, eləcə də Ermənistan-Rusiya münasibətlərinin ikitərəfli gündəliyinə dair məsələləri müzakirə ediblər.