“D vitamininin həddindən artıq qəbulu təhlükəlidir” – Terapevt


“D vitamininin həddindən artıq dozası sağlamlıq üçün təhlükəli nəticələrə səbəb ola bilər”.
Yeniavaz.com
“Daily Mail”ə istinadən xəbər verir ki, bu barədə terapevt Əhməd Abd Elbari xəbərdarlıq edib.
Həkimin sözlərinə görə, soyuq və rütubətli iqlimdə yaşayan bütün insanların mütləq D vitamini qəbul etməli olduğu fikri var:
“Tədricən bu dərmanlar o qədər populyarlaşdı ki, ehtiyac olmadan və həkimə müraciət etmədən istifadə olunmağa başladı. . Əslində insana bu maddənin gündə cəmi 10 mikroqram ehtiyacı var, əlavələrdə isə onun maksimal dozası 100 mikroqrama çatır”.
Terapevtin sözlərinə görə, belə yüksək dozada D vitamininin uzun müddət istifadəsi hiperkalsemiyaya - qanda yüksək kalsium səviyyəsinə səbəb olur:
“Bu təhlükəlidir, çünki artıq kalsium ürək və böyrəklərdə yığıla bilər. Bir çox digər vitaminlərin belə açıq mənfi təsiri yoxdur, çünki onların artıqlığı bədəndən sidikdə tez xaric olur, lakin D vitamini ilə bu baş vermir. Buna görə də toplanır və bədənin daxilində qalır”.

DİGƏR XƏBƏRLƏR

Top