Türkiyə Futbol Federasiyası (TFF) Mərkəzi Hakimlər Şurasının qərarına əsasən, 20-ci həftədən etibarən Türkiyə Super Liqasında baş tutan görüşlərə xarici ölkələrin VAR hakimləri nəzarət edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə TFF məlumat yayıb.
Qeyd olunub ki, şura hakim təyinatı sistemində də dəyişiklik edəcək.
Belə ki, TFF-dən verilən açıqlamada 20-ci həftədən etibarən Türkiyə Super Liqası və 1-ci Liqada hakim və köməkçi hakim təyinatlarının kompüter sistemi ilə həyata keçiriləcəyi bildirilib.