“HƏMAS razılaşmaya mane olur” – Netanyahu


Fələstinin HƏMAS hərəkatı əldə olunan razılaşmalardan imtina edərək son anda böhran yaradır və bu da Qəzza zolağı ilə bağlı razılaşmanın əldə olunmasına mane olur.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İsrail Baş naziri Binyamin Netanyahunun ofisi məlumat yayıb.
“HƏMAS razılaşmalardan imtina edir, son dəqiqə böhranı yaradaraq, razılaşmanın əldə edilməsinə mane olur”, - deyə bəyanatda qeyd olunub.
Qeyd edək ki, HƏMAS və İsrail arasında əldə edilən razılaşma İsrail hökuməti tərəfindən təsdiqlənməlidir.

DİGƏR XƏBƏRLƏR

Top