Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Qəzzada atəşkəs və girov mübadiləsi razılaşmasının elanını alqışlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında məlumat dərc olunub.
“Ümid edirik ki, bütün tərəflər razılaşmaya hörmət edəcək və əziyyətə son qoyulacaq. Azərbaycan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq İsrail-Fələstin münaqişəsinin iki dövlət prinsipi əsasında həllini dəstəkləyir və bu məqsədə doğru beynəlxalq ictimaiyyətlə işləməyə davam edəcək”, - məlumatda bildirilir.