Trampın qızı Ağ Evə köçməkdən imtina etdi


ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın qızı İvanka Tramp həyat yoldaşı Cared Kuşnerlə Ağ Evdə köçməkdən imtina ediblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “South China Morning Post” (SCMP) qəzeti məlumat yayıb.
Məlumata görə, onlar Ağ Evdə rəsmi vəzifə tutmayacaqlarını və Mayamidə qalacaqlarını bildiriblər.
İvanka Tramp diqqətini üç övladına yönəltmək istədiyini, Cared Kuşner isə şəxsi biznezini idarə etmək arzusunda olduğunu bildirib.
Qeyd edək ki, Trampın ilk prezidentlik dövründə onun qızı dövlət başçısının müşaviri vəzifəsini tutub. Həyat yoldaşı isə eyni dövrdə prezidentin baş müşaviri olub.
İvanka Tramp və həyat yoldaşı Cared Kuşner ilk səlahiyyət müddətində prezidentlə demək olar ki, maneəsiz çıxış əldə ediblər. Onlar Yaxın Şərq sülh danışıqları, həmçinin COVID-19-a qarşı mübarizə də daxil olmaqla, geniş spektrli məsələlərdə təsirli olublar.

DİGƏR XƏBƏRLƏR

Top