Dünyanın ən məşhur yutuberi “MrBeast” (əsl adı Cimmi Donaldson) “TikTok” platformasının ABŞ-də bloklanmasından xilas olmaq üçün sosial şəbəkəni əldə etmək istədiyini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, o bu barədə “X”də yazıb.
Artıq bir neçə milyarder blogerə sövdələşməni bağlamağa kömək etməyi təklif ediblər.
Qeyd edək ki, onun “YouTube” kanalının 340 milyona yaxın abunəçisi var. Bu, ona ildə təxminən 700 milyon dollar qazandırır. Eyni zamanda, platforma 250 milyard dollar dəyərində qiymətləndirilir. “TikTok”un yalnız ABŞ-də 170 milyon istifadəçisi var, dünya üzrə isə 800 milyon.
Xatırladaq ki, aprel ayında ABŞ-nin hazırkı Prezidenti Co Bayden platformanın 2025-ci il yanvarın 19-dək Amerika şirkətinə verilməsini tələb edən qanunu imzalayıb, əks halda onun ölkədə fəaliyyəti qadağan olunacaq. ABŞ səlahiyyətliləri Çin hökumətinin istifadəçi məlumatlarını tələb edə biləcəyindən və ya proqramdan təbliğat yaymaq üçün istifadə edə biləcəyindən ehtiyatlanır. Bununla belə, “TikTok” nümayəndələri bu narahatlıqları dəfələrlə təkzib ediblər.