“Bəzi ölkələrdə “Instagram”da problem yaşandığı bildirilir”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Downdetector” portal məlumat yayıb.
Bildirilib ki, 8,7 mindən çox istifadəçi səhvlər barədə məlumat verib.
İstifadəçilər xidmətin özünün işləməsindən (65%) və serverlərə giriş problemlərindən (26%) şikayət edirlər.
Qeyd edilib ki, şikayətlərin əksəriyyəti ABŞ-dən gəlib. Bundan əlavə, problemlər Braziliya, Böyük Britaniya, Kanada, Hollandiya və Fransada da qeydə alınıb.