İstanbulda ictimai nəqliyyat qiymətləri 35% artırılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) iclasında qərar qəbul edilib.
Bildirilib ki, İBB iclasda ictimai nəqliyyatda qiymətlərin 35 faiz artırılmasını təklif edib. Təklif səs çoxluğu ilə qəbul edilib
Xatırladaq ki, yanvarın 6-da da İBB ictimai nəqliyyat vasitələri, taksi, məktəb və personal avtobuslarının ödənişlərində 46,09% artım təklif edib. Səsvermədə İBB-nin nəqliyyat haqlarının 46,09 faiz artırılması təklifi səs çoxluğu ilə rədd edilib.