“Bank BTB” 4-cü ildir zərərlə işləyir


Azərbaycanda fəaliyyət göstərən banklar 2024-cü ilin son rübü üçün maliyyə hesabatlarını açıqlayırlar.
Yeniavaz.com
xəbər verir ki, maliyyə hesabatını açıqlayan banklar arasında zərərlə işləyən yeganə bank “Bank BTB” ASC olub.
Ötən ilin yekununda “Bank BTB” ASC-nin xalis zərəri 839 min manat olub və təkcə son 3 ayda bankın xalis zərəri 346 min manat artıb.
Qeyd edək ki, 4 ildir “Bank BTB” ASC zərərlə işləyir. Belə ki, 2023-cü ildə bankın xalis zərəri 2 milyon 779 min manat, 2022-ci ildə 4 milyon 975 min manat, 2020-ci ildə isə 9 milyon 130 min manat olub.
Məlumat üçün onu da bildirək ki, “Bank BTB” ASC-nin səhmlərinin 74,99%-i Mehdiyeva Nigar İsmayıl qızına, 19,01%-i Sadiq Rza İsmayıl oğluna, 6%-i isə Mahmudova Tükəzban Ağa qızına məxsusdur.
Qeyd edək ki, “Bank BTB”nin əsas səhmdarı olan Nigar İsmayıl qızı Mehdiyevanın Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin gəlini olduğu bildirilir. Bankın digər səhmdarı Sadiq Rza İsmayıl oğlu isə onun qardaşıdır.
Onu da qeyd edək ki, Mərkəzi Bank ötən ay Azərbaycanda barəsində ən çox şikayət edilən bankın “Bank BTB” ASC olduğunu açıqlayıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top