Kalyaninovun anasından təsirli paylaşım: “Mənim oğlum – mənim ağrım”


2024-cü il dekabrın 25-də Aktau şəhəri yaxınlığında AZAL təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan pilot Aleksandr Kalyaninovun anası Yelena Kalyaninova “Facebook” səhifəsində oğlu ilə bağlı paylaşım edib.
Yeniavaz.com
xəbər verir ki, o, səhifədə oğlu ilə birgə çəkilmiş fotosunu da dərc edib.
“Mənim oğlum – mənim ağrım, 
Xatirələr yenə sel kimi axdı,
İndi onlar tez-tez baş çəkirlər, 
Onlar ona dayaq ola bilərdilər, 
Ancaq elə oradaca ruhunu parçaladılar,
Axı analar övladsız yaşamırlar, 
Onlar ancaq bu dünyada var olurlar”, - paylaşımda deyilir.
Qeyd edək ki, Aleksandr Kalyaninov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb və o, II Fəxri xiyabanda dəfn edilib.

DİGƏR XƏBƏRLƏR

Top