“Vatsap qruplarında DİN adından yayılan xəbərdarlıq məzmunlu mətnlər feykdir”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin yaydığı məlumatda deyilir.
“Bununla bağlı tərəfimizdən hər hansı məlumat paylaşılmayıb. Naməlum şəxslərin hansısa yoxlama, sorğu aparması ilə bağlı polis orqanlarına məlumat daxil olmayıb”, - məlumatda qeyd olunur.