ABŞ-də qadınlar döyüş bölmələrində də xidmət edəcək


ABŞ-nin müdafiə naziri vəzifəsinə namizəd Pit Heqset qadınların quru qoşunlarının döyüş bölmələrində xidmət edə biləcəklərini təsdiqləyib.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə Konqresin Senatının Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələrdə müvafiq sualı cavablandırarkən deyib.
“Qadınlar quru qoşunlarında, döyüş bölmələrində döyüş mövqelərinə çıxış əldə edəcəklər, eyni zamanda yüksək standartların qoruyub saxlanmasını təmin etmək üçün baxışdan keçəcəklər", - deyə Heqset bildirib.
Qeyd edək ki, o daha əvvəl bəyan etmişdi ki, qadınların orduda xidmət etməsinin əleyhinə deyil, ancaq xüsusi təyinatlılar, artilleriya, motoatıcı və zirehli birləşmələr istisnadır.
Xatırladaq ki, 44 yaşlı Pit Heqset ABŞ ordusunun döyüş veteranıdır. ABŞ ordusunda mayor rütbəsi və ən azı bir hərbi ordeni var. O, zabit rütbəsini doğulduğu Minnesota ştatının Milli Qvardiyasında xidmət edərkən alıb. Səkkiz il “Fox News” telekanalında çalışıb. O, həmçinin bir neçə kitab yazıb və iki veteran hüquqlarını müdafiə təşkilatına rəhbərlik edib. Prinston və Harvard universitetlərində təhsil alıb.

DİGƏR XƏBƏRLƏR

Top