Prezident İlham Əliyev Türkiyənin tanınmış incəsənət xadimi, aktyor Engin Altan Düzyatana təşəkkür edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki Baş konsulu Nərminə Mustafayeva “X” hesabında məlumat dərc edib.
“Türkiyənin tanınmış incəsənət nümayəndəsi Engin Altan Düzyatan Bakıda keçirilən COP29 tədbirində iştirak edərək ətraf mühitlə bağlı maarifləndirməyə diqqət çəkib. Bu gün Prezident İlham Əliyevin göndərdiyi “Təşəkkürnamə”ni sənətkara çatdırdıq və bu töhfənin nə qədər dəyərli olduğunu bir daha vurğuladıq”, - N. Mustafayeva bildirib.