“TikTok” ABŞ-də fəaliyyətini dayandırmağa hazırlaşır


“TikTok” sosial şəbəkəsinin rəhbərliyi yanvarın 19-da ABŞ-də fəaliyyətini dayandırmağa hazırlaşır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Information” portalı öz mənbələrinə istinadla məlumat yayıb.
Portalın məlumatına görə, tətbiqin fəaliyyətinin dayandırılmasının qarşısını ancaq Ali Məhkəmənin müdaxiləsi ilə almaq olar.
2024-cü ildə qəbul edilən qanuna görə, Çinin “ByteDance” şirkəti ya sosial şəbəkəni satmalı, ya da yanvarın 19-dək ABŞ-dəki fəaliyyətini dayandırmalıdır.
“TikTok”la bağlı vəziyyət demokratlar və respublikaçılar arasında mübahisə predmetinə çevrilib. Ancaq buna baxmayaraq, tətbiqin fəaliyyətini dayandırmağa imkan verən qanunvericilik iki partiya tərəfindən geniş dəstək alıb.
Qeyd edək ki, dekabrın sonlarında ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp hakimlərdən qanunun müddəalarını dayandırmağı xahiş edib.

DİGƏR XƏBƏRLƏR

Top