ABŞ Qiymətli Kağızlar Komissiyası Maskı məhkəməyə verdi


ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası qiymətli kağızlar qanunlarını pozduğu iddiası ilə İlon Maska qarşı federal məhkəməyə iddia qaldırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məhkəməyə istinadla məlumat yayıb.
Məlumata görə, Mask 2022-ci ildə sosial şəbəkəni əldə etməmişdən əvvəl “Twitter” səhmlərinin (indiki “X”) alınması barədə məlumatı vaxtında açıqlamayıb.
Agentliyin məlumatına görə, komissiya Kolumbiya dairəsinin Federal Məhkəməsində iddia qaldırıb.
Digər təfərrüatlar barədə hələlik məlumat verilməyib.

DİGƏR XƏBƏRLƏR

Top