“Lukoyl”un direktorlar şurası baş direktor Vadim Vorobyovun səlahiyyətlərinə xitam vermək qərarına gəlib.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
Məlumata görə, yanvarın 13-də bu məsələ ilə bağlı direktorlar şurasının iclası keçirilib. İclasın qərarına görə, şirkətin yeni rəhbəri Sergey Koçkurov təyin edilib.
Yeni baş direktor buna qədər “Lukoyl”da Rusiyada neft və qaz hasilatı üzrə vitse-prezident vəzifəsini tutub.
Qeyd edək ki, Vorobyov 2022-ci ilin may ayının sonundan “Lukoyl”a rəhbərlik edib. Belə ki, o bu vəzifədə Azərbaycan əsilli iş adamı Vahid Ələkbərovu əvəz edib. Ötən həftə Vorobyov ABŞ Maliyyə Nazirliyinin sanksiyalar siyahısına daxil edilib.
Xatırladaq ki, “Lukoyl” 1991-ci ildə yaradılıb. Şirkətin əsas istehsal aktivləri Rusiyada yerləşir. “Lukoyl” əsasən geoloji kəşfiyyat, neft-qaz hasilatı və neft-qaz emalı ilə məşğul olur. Həmçinin, şirkətin fəaliyyət dairəsinə neft-kimya məhsullarının və elektrik enerjisinin istehsalı da daxildir.