Yol polisindən sürücülərə müraciət


Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə BDYPİ məlumat yayıb.
Bildirilib ki, hazırda Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə dumanlı, yağışlı hava şəraiti müşahidə olunur ki, bu da yol-nəqliyyat hadisələrinin baş vermə riskini artırır:
“Bu xüsusda dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, təəssüf ki, bir sıra hallarda sürücülər tərəfindən mövcud hava şəraitinin düzgün qiymətləndirilməməsi, verilən tövsiyələrə əməl olunmaması sonda xoşagəlməz nəticələrə gətirib çıxarır.
BDYPİ sürücüləri dumanlı, yağışlı havalarda sürət həddini yol və hava şəraitinə uyğun seçməyə, daha çox ara məsafəsi saxlamağa, nəqliyyat vasitələrinin sazlığını, xüsusilə xarici işıq cihazlarının işlək vəziyyətdə olmasını nəzarətdə saxlamağa, ötmə, manevr etmə, dayanma, durma, parklanma zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır”.

DİGƏR XƏBƏRLƏR

Top