Beynəlxalq Ədalət Məhkəməsinin sədri istefa verdi


Beynəlxalq Ədalət Məhkəməsinin sədri Navaf Salam istefa verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məhkəmənin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd edək ki, nnun məhkəmənin üzvü və sədri kimi səlahiyyət müddəti 2027-ci il fevralın 5-də başa çatacaqdı.
Bildirilib ki, yeni sədr daha sonra BMT Baş Assambleyası və Təhlükəsizlik Şurası tərəfindən seçiləcək. Yeni hakimin səlahiyyət müddəti də 2027-ci ilin fevralında başa çatacaq.
Bundan əvvəl Livan Prezidenti Cozef Aun Salamı respublikanın baş naziri təyin edib və ona yeni hökuməti qurmağı tapşırıb. Salam parlamentin 128 üzvündən 85-nin dəstəyini, onun rəqibi, baş nazir səlahiyyətlərini icra edən Nəcib Mikati isə cəmi 9 səs toplayıb.
Diplomat və hüquqşünas olan 71 yaşlı Navaf Salam 2007-2017-ci illərdə Livanın BMT-dəki daimi nümayəndəsi olub. 2018-ci ildə Beynəlxalq Ədalət Məhkəməsinin üzvü seçilib və 6 fevral 2024-cü ildə onun prezidenti olub. Salam Beyrut aristokrat ailəsinə mənsubdur. Onun əmisi oğlu Tammam Salam 2014-2016-cı illərdə Livan hökumətinə rəhbərlik edib.

DİGƏR XƏBƏRLƏR

Top