ABŞ və Ermənistan strateji tərəfdaşlıq haqqında xartiya imzaladı


ABŞ və Ermənistan strateji tərəfdaşlıq komissiyasının yaradılması haqqında xartiya imzalayıblar.
Yeniavaz.com
xəbər verir ki, Vaşinqtonda baş tutan mərasimdə sənədi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Entoni Blinken imzalayıb.
Tərəflər bildiriblər ki, strateji tərəfdaşlıq komissiyası iqtisadiyyat (energetika və innovasiyalar daxil olmaqla), müdafiə, təhlükəsizlik, demokratiyanın inkişafı və ədalət kimi sahələrdə əməkdaşlığın genişləndirilməsi planını müəyyən edəcək.
“Yaxın həftələrdə (gələn ay) ABŞ Gömrük və Sərhəd Mühafizəsi üzrə ekspertlər qrupu sərhəd təhlükəsizliyi imkanlarını gücləndirmək üçün Ermənistana gedəcək”, - Blinken bildirib.
ABŞ dövlət katibi qeyd edib ki, hər iki ölkə dinc nüvə enerjisinin inkişafı üzrə saziş üzərində işə başlamağa hazırdır. Öz növbəsində Ermənistan XİN rəhbəri bu sənədin ən son beynəlxalq təhlükəsizlik standartlarına uyğun olaraq nüvə energetikasının inkişafı üçün sahə yaradacağı barədə fikir bildirib.

DİGƏR XƏBƏRLƏR

Top