Suriyadan Türkiyəyə ilk rəsmi səfər baş tutacaq


Suriyada Bəşər Əsəd hökumətinin devrilməsindən sonra yeni administrasiyanın xarici işlər naziri Əsəd Həsən Şeybani sabah Türkiyəyə səfər edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə nazir sosial şəbəkə hesabında məlumat yayıb.
“Sabah yeni Suriyanı təmsil etmək üçün on dörd ildir Suriya xalqını heç vaxt tək qoymayan Türkiyə Respublikasına ilk rəsmi səfərimizi edəcəyik”, - türkcə yazılan paylaşımda deyilib.

DİGƏR XƏBƏRLƏR

Top