“Qremmi” mükafatlarının təqdimetmə mərasimi Los-Ancelesdəki yanğınlara baxmayaraq planlaşdırıldığı kimi fevralın 2-də baş tutacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Səsyazma Akademiyasının, “MusiCares” şirkətinin baş direktoru Harvi Meyson Jr. və akademiyanın qəyyumlar şurasının sədri Tammi Hurtun birgə bəyanatında deyilib.
“Lakin bu il şounun yeni məqsədi olacaq: meşə yanğınlarının aradan qaldırılması səylərini dəstəkləmək üçün əlavə vəsait toplamaq və bizim həyatımızı qorumaq üçün öz həyatlarını riskə atan ilk müdaxilə edənlərin cəsarətini və fədakarlığını qeyd etmək”, - məlumatda qeyd edilib.